1/4 finala yüksələn klublar müəyyənləşdi- Avroliqadabackend

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunub.

Sportfan.az xəbər verir ki, bu gün Avropa Liqasında 4 görüş keçirilib.

İstanbulda “Kopenhagen”ə minimal hesabla qalib gələn son Türkiyə çempionu “Başakşəhər” bu dəfə rəqibi ilə Danimarkada qarşılaşıb. 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Donetsk “Şaxtyor”u isə səfərdə məğlub etdiyi (2:1) “Volfsburq”u evdə də qalib gələrək (3:0) növbəti mərhələyə yüksəlib. “Mançester Yunayted” öz meydanında Avstriya LASK-ı ilə qarşılaşıb. Səfərdəki görüşdə 5 cavabsız qolla qalib gələn  “qırmızı şeytanlar” bu dəfə rəqibini 2:1 üstələyərək növbəti mərhələyə çıxıb.

“İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olub. Qalib Almaniyanın Helzenkirhen şəhərində 1 görüşlə müəyyənləşib. İtaliya təmsilçisi 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib.