1/4 finalın ən yaxşısı adına namizədlər – Çempionlar Liqasındabackend

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Sportfan.az xəbər verir ki, UEFA 1/4 final matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.

Bunlar Neymar (PSJ), Dayot Upamekano (“Leypsiq”), Tomas Müller (“Bavariya”) və Mussa Dembeledir (“Lion”). Adıçəkilən futbolçuların hamısının komandası yarımfinala adlayıb.

Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah açıqlanacaq.