1 milyard avroluq ən dəyərli futbolçular-  ADLARbackend

“Transfermarkt” portalı ən dəyərli futbolçuların rəmzi heyətini açıqlayıb.

Sportfan.az xəbər verir ki, futbolçuların hazırkı dəyərlərinə görə hazırlanan siyahıda yer alan oyunçuların ümumi dəyəri 1 milyard avroya yaxın olub:

Qapıçı: Yan Oblak, “Atletiko” (72 milyon avro);

Müdafiəçilər: David Alaba, “Bavariya” (58,5 milyon), Vircil van Dayk, “Liverpul” (72 milyon), Matteys de Liqt, “Yuventus” (60,75 milyon), Trent Aleksandr-Arnold, “Liverpul” (89,1 milyon);

Yarımmüdafiəçilər: Nqolo Kante, “Çelsi” (72 milyon), Pol Poqba, “Mançester Yunyated” (72 milyon), Kevin de Bruyne, “Mançester Siti” (108 milyon);

Hücumçular: Rahim Sterlinq, “Mançester Siti” (115,2 milyon), Məhəmməd Salah, “Liverpul” (108 milyon), Kilian Mbappe, PSJ (162 milyon)