10 milyon abunəçi sayına çatan ilk klub oldu- “Barselona”backend

İspaniya təmsilçisi “Barselona” yutubda 10 milyon abunəçi sayına çatıb.

Sportfan.az xəbər verir ki, kataloniyalılar buna nail olan ilk idman klubu kimi tarixə düşüb.

Bu üzdən portal La Liqa klubunu “brilyant düymə” ilə mükafatlandıracaq. Milli Basketbol Assosiasiyası (MBA) 14,7 milyon abunəçi ilə “Barselona”nı yutubda geridə qoyan yeganə idman kanalına sahibdir. “Barselona”nın yutubda ümumilikdə 65 milyon saatlıq videosu yerləşdirilib. Bu klubun kanalı 2006-cı ildən fəaliyyət göstərir.

Qeyd edək ki, populyarlıq baxımından ikinci pillədə 5,92 milyon abunəçi ilə İspaniyanın digər klubu “Real” qərarlaşır. İlk “üçlüy”ü Braziliya təmsilçisi “Flamenqo” (5,55) qapayır.