110 milyon avro verməyə hazırdır-PSJbackend

“Mançester Yunayted”in futbolçusu Markurs Reşford oynadığı çempionatı dəyişə bilər.

Sportfan.az-ın məlumatına görə, Reşfordun karyerasını Fransada davam etdirmək variantı yaranıb.

Onunla PSJ ciddi maraqlanır. Məlumata görə, 22 yaşlı futbolçunun alınmasını PSJ-nin baş məşqçisi Tomas Tuxel israr edir. O, PSJ-nin gələcək oyun fəlsəfəsini məhz Reşford üzərində qurmağı planlaşdırır.

Xəbər verilir ki, Reşford yay transfer dönəmində PSJ-nin əsas prioriteti hesab edilib. Paris klubunun rəhbərliyi onu əldə etmək üçün 110 milyon avro verməyə hazırdır.

Markus cari mövsümdə bütün turnirlərdə 38 oyun keçirib, 21 qol vurub, 10 qol ötürməsi edib.