15-20 milyon avroya satmağa hazırdır- “Marsel”backend

Fransanın “Marsel” klubu futbolçusu Florian Toveni satmağa razı olub.

Sportfan.az saytının məlumatına görə, Liqa1 təmsilçisi yarımmüdafiəçisini 15-20 milyon avroya satmağa hazırdır.

Tovenin xidmətində İtaliya təmsilçiləri maraqlıdır. Həm “Milan”, həm də “İnter” yarımmüdafiəçini heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, 27 yaşlı futbolçu başa çatan mövsümdə Liqa1-də 20 matç keçirib.