15 milyon qazanacaq – “Real” çempion olarsabackend

“Real” İspaniya La Liqasında çempion olsa, qazanc əldə edəcək klublardan biri “Çelsi” olacaq.

Sportfan.az xəbər verir ki, Eden Azarın transferi zamanı müqaviləyə salınan bənd “zadəganlar”ın büdcəsini zənginləşdirməsinə səbəb olacaq.

Belçikalı ulduz futbolçu ötən il 100 milyon avro müqabilində “kral klubu”na keçən zaman əldə edilən razılığa əsasən, Madrid təmsilçisi La Liqanın çempionu olsa, ingilislərə daha 15 milyon avro ödəyəcək. Eden Azar bu mövsüm 20 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə verib.