150 federasiya  yarışa qatılacağını təsdiqləyib- FİDEbackend

Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək komandaların sayı açıqlanıb.

Sportfan.az  FIDE-nin  rəsmi saytına istinadən xəbər verir ki, 150 federasiya onlayn formatda keçiriləcək yarışa qatılacağını təsdiqləyib.

Olimpiadanın favoritləri olan ABŞ, Çin və Rusiya şatmatçıları da onların arasında olacaq.

Avqustun 22-də start götürəcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.

Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.