16 ildən sonra Premyer Liqada- “Lids”backend

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Sportfan.az xəbər verir ki, buna Çempionşipin 45-ci tur çərçivəsində bu gün keçirilən “Haddersfild” – “Vest Bromviç” matçında aydınlıq gəlib.

2-ci pillədə qərarlaşan qonaqların 1:2 hesabı ilə məğlub olması “Lids”in sona 2 tur qalmış ilk iki pillədəki yerini təmin edib. Bununla Marselo Byelsanın çalışdırdığı “Lids” 16 ildən sonra elitaya qayıdıb. Komanda sonuncu dəfə 2004-cü ildə Premyer Liqanı tərk edib.

Qeyd edək ki, hazırda 87 xalla Çempionşipə başçılıq edən “Lids” ən yaxın izləyicisini 5 xal qabaqlayır.