17 yaşlı Filippinli futbolçu koronavirusdan öldübackend

Filippinli futbolçu Anyana Bautista vəfat edib.

Sportfan.az-ın məlumatına görə, bu barədə Filippin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xanım futbolçuya bir ay əvvəl ensefalomielit (beyin və onurğa beynin iltihabı) diaqnozu qoyulub. Daha sonra koronavirusa yoluxan Bautistanın vəziyyəti ağırlaşıb və vəfat edib.

Qeyd edək ki, Bautista Filippinin “Nomads” klubunda çıxış edirdi.