18 yaşlı futbolçu üçün 45 milyon avro- “Real Madrid”dənbackend

Portuqaliya “Sportinq”inin futbolçusu Nunu Mendeş İspaniya “Real Madrid”inə keçə bilər.

Sportfan.az-ın “Record”a istinadən məlumatına görə, “kral klubu” 18 yaşlı müdafiəçidən ötrü 45 milyon avro dəbbə pulunu ödəməyə hazırdır. Portuqaliyalı oyunçunun Lissabon klubu ilə müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. İstedadlı futbolçu ilə İngiltərə “Mançester Yunayted”inin də maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, Nunu Mendeş ötən mövsüm Portuqaliya Primeyrasında 9 oyun keçirib. Gənclər çempionatında isə o, 17 qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb.