19 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzaladı- “Liverpul”backend

“Liverpul” sağ cinah müdafiəçisi Neko Uilyamsla bağlı qərarını açıqlayıb.

Sportfan.az xəbər verir ki, “qırmızılar” 19 yaşlı futbolçunun müqavilə müddətini yeniləyib.

Uelsin U-19 yığmasının üzvü bir neçə klubdan təklif almasına baxmayaraq, Premyer Liqa təmsilçisi ilə uzunmüddətli sazişə qol çəkib. Uilyams artıq 2025-ci ilin yayına qədər hazırkı klubuna məxsusdur.Qeyd edək ki, Neko Uilyams 2019/20 mövsümündə Premyer Liqada 6 oyun keçirib.