20 üzvü koronavirusa yoluxdu- Rusiya klubununbackend

Rusiyanın Kontinental Xokkey Liqasında (KXL) çıxış edən “Avanqard” klubunun 20 üzvündə koronavirus aşkarlanıb.

Sportfan.az Rusiya mətbuatına istinadən xəbər verir ki, oyunçularla yanaşı, işçilərin də testlərinin nəticəsi müsbət olub.

Klub infeksiyaya yoluxanların təcrid olunduğunu və əksəriyyətində simptomların olmadığını açıqlayıb.

Qeyd edək ki, Kontinental Xokkey Liqasında yeni mövsümün startı sentyabrın 2-də planlaşdırılır.