2025-ci il qitə birinciliyi Bakıda olacaqbackend

Karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda keçiriləcək.

Sportfan.az Dünya Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarış 2025-ci ildə baş tutacaq.

Qərar Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin bu gün keçirilən videokonfransında qəbul edilib.

2021-2025-ci illərin ilkin təqvimini hazırlayan komitə 2025-ci ildə qitə birinciliyinin paytaxtımızda təşkil olunacağını təsdiqləyib.