22 min avroya mühafizəçi-it aldı- “Arsenal”backend

“Arsenal”ın baş məşqçisi Mikel Arteta özünə 22 min avroya mühafizəçi-it alıb.

Sportfan.az “Daily Mail”ə istinadən xəbər verir ki, son zamanlar İngiltərə Premyer Liqasının bir çox ulduz oyunçusunun evinə oğrular girməyindən narahat olan ispan mütəxəssis evini qorumaq məqsədi ilə bu addımı atıb.

Qeyd edək ki, Arteta ötən ilin dekabrında “Arsenal”a baş məşqçi təyin olunduqdan sonra Londona köçüb.

Xatırladaq ki, “Vest Hem”in yarımmüdafiəçisi Cek Uilşir də iki həftə əvvəl evini qorumaq üçün bahalı it almışdı.