“Real”ın koronavirusa yoluxan futbolçusu sağaldıbackend

İspaniyanın “Real Madrid” klubunun koronavirusa yoluxmuş futbolçusu Mariano Diasdan növbəti dəfə test götürülüb.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, dominikanlı hücumçunun analizinin nəticəsi mənfi çıxıb.

Həkimlər 27 yaşlı forvardın virusdan sağaldığını bildiriblər. Oyunçuda infeksiya iyulun 28-də aşkarlanmışdı.

Qeyd edək ki, M.Dias 2019/2020 mövsümündə “Real Madrid”in heyətində 7 oyun keçirib və 1 qol vurub.

“Kral klubu” bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərədə “Mançester Siti” ilə qarşılşacaq. İlk görüşdə La Liqanın son çempionu 1:2 hesabı ilə uduzub.