36 yaşlı Tevesdən yeni müqaviləbackend

Argentina Superliqasının son çempionu “Boka Xuniors” futbolçusu Karlos Teveslə yeni müqavilə imzalayıb.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.Qeyd edək ki, Argentina millisinin sabiq üzvü 2018-ci ildən “Boka Xuniors”da oynayır. O. Avropada “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi klublarda da çıxış edib.