38 yaşlı Aqollidən baxımlı qol- VİDEObackend

ABŞ-ın “Nyu-York Kosmos” klubunun futbolçusu Ansi Aqolli “NISA Independent Cup” turnirində baxımlı qola imza atıb.

Sportfan.az xəbər verir ki, albaniyalı sol cinah müdafiəçisi 4 komanda arasındakı mini-turnirin “Nyu Amsterdam”la oyununun ilk hissəsində cərimə zərbəsindən topu birbaşa qapıya göndərib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Nyu-York Kosmos” növbəti görüşünü “Miçiqan Stars” komandasına qarşı keçirəcək.

Qeyd edək ki, 2012 – 2019-cu illərdə “Qarabağ”da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. 38 yaşlı müdafiəçi iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.