«Qarabağ» dünən Çempionlar Liqasında yeni mövsümə start verdi.
Ağdam təmsilçisçi Bakıda «Sileks»i qəbul etdi.
Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qşarşılaşmada Şimali Makedoniya klubuna 4:0 hesabıyla qalib gəldi. Hər hissədə 2 dəffə fərqlənən «köhlən atlar», beləcə, II təsnifat mərhələsinə adladı.
Bu qələbə «Qarabağ»ın futbolçularının maddi cəhətdən də irəli salıb. Əsas heyətdə meydana çıxanlara 5000 manat mükafat verilməlidir. Amma indi yox. Daha 2 raundu keçəndən sonra.
Ondan sonra mükafatıın məbləği bir qədər də artırılacaq. İş burasındadır ki, «Qarabağ» qitənin ən mötəbər klub yarışmasında pley-offadək gedib çıxmağı qarşısına məqsəd qoyub.(sportinfo)