“Barselona”nın hücumçusu “Liverpul”a keçməkdən imtina etdibackend

İspaniya “Barselona”sının futbolçusu Usman Dembelenin İngiltərənin “Liverpul” klubuna transferi baş tutmayıb.

Sportfan.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün şəxsi “Twitter” səhifəsində paylaşım edib.

İddiaya görə, Premyer Liqa təmsilçisi fransalı hücumçunu icarəyə götürmək istəsə də, o, Kataloniyada qalmağa üstünlük verib.

23 yaşlı forvard daha əvvəl İngiltərənin digər klubu “Mançester Yunayted”ə keçməkdən imtina edib.

Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan 138 milyon avro qarşılığında “Barselona”ya transfer olunub.