68 ildən sonra- “Yuventus”a çatdıbackend

“Atalanta” İtaliya A seriyasında mövsüm ərzində vurulan qolların sayını 98-ə çatdırıb.

Sportfan.az xəbər verir ki, XXXVII turda “Parma”nı 2:1 hesabı ilə yenən Berqamo təmsilçisi bununla da “Yuventus”un 68 il əvvəlki göstəricisini təkrarlayıb. Turin klubu 1951/52 mövsümündə 98 qol vurmağı bacarıb.

Bu, A seriyası tarixində 5-ci göstəricidir. Rekord 1949/50 mövsümündə 118 top vuran “Milan”a məxsusdur. Həmin mövsümdə 99 dəfə fərqlənən “İnter” bir il sonra 107 qola sevinib. “Yuventus” isə 1950/51 51 mövsümündə 103 dəfə rəqib qapılarına yol tapıb.