Abidal “Barselona”dan göndərildi – Rəsmibackend

“Barselona” idman direktoru Erik Abidalla yolları ayırıb.

Sportfan.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflərin qarşılıqlı razılaşması ilə müqaviləyə xitam verilib.

2007-2013-cü illərdə futbolçu kimi “Barselona”nın şərəfini qoruyan 40 yaşlı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında “Barsa”nın “Bavariya”ya 2:8 hesabı ilə uduzmasından sonra komandanın baş məşqçisi Kike Setyen istefaya göndərilib. İspaniya mətbuatı komandanın yenidən qurulacağını yazıb.