ABŞ Açıq çempionatında finalçılar bilindibackend

ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib.

Sportfan.az  xəbər verir ki, həlledici görüşdə Belarus təmsilçisi Viktoriya Azarenko yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək.

Azarenko yarımfinalda ABŞ tennisçisi Serena Uilyamsı mübarizədən kənarlaşdırıb. İlk setdə rəqibinə 1:6 hesabı ilə uduzan belaruslu idmançı növbəti iki setdə eyni hesabla qalib olub – 6:3.

Osaka isə ABŞ-ın digər təmsilçisi Cennifer Bredini məğlub edib.

Qeyd edək ki, yarışın mükafat fondu 53,4 milyon ABŞ dollarıdır. Final görüşü sentyabrın 12-də gerçəkləşəcək.