Abubakar yenidən “Beşiktaş”a qayıtdıbackend

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirir.

Sportfan.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçsi “Portu”dan Vensan Abubakarı transfer etməyə yaxındır. 28 yaşlı hücumçunun “Beşiktaş” üçün tibbi müayinədən keçdiyi bildirilib.

Kamerunlu futbolçu ilə 1+1 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Abubakar 2016/17 mövsümündə də “Beşiktaş”da çıxış edib.