Acun Ilıcalı klub sahibi oldubackend

TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalı Niderlandın Eredeviziya təmsilçisi “Fortuna Sittard” klubunu alıb.

Sportfan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib: “Niderlandda “Fortuna Sittard” macəramız başladı, xeyirli olsun”.

A.Ilıcalı rəhbəri və aparıcısı olduğu “Survivor” proqramının finalında izləyicilərdən klubun “İnstaqram” hesabını izləmələrini istəyib.

Qeyd edək ki, “Fortuna Sittard” növbəti mövsüm də yüksək liqada mübarizəyə davam edəcək.