AFFA-da fövqəladə iclas – YENİLƏNİRbackend

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

Sportfan.az xəbər verir ki, yığıncaq videokonfrans formatında baş tutacaq.

Tədbirin gündəliyində yalnız bir məsələ durur. Bu da “Qəbələ” və “Zirə” klublarının müraciətidir.

AFFA-ya müraciət ünvanlayan klublar Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsini istəyib.

Qeyd edək ki, iclas saat 14:00-da başlayacaq.