AFFA iki futbolçunu cəzalandırdıbackend

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfan.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 2-ci turu ilə bağlı qərarlar verilib.

“Keşlə” – “Qarabağ” oyununda Ağdam klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunub.

“Qarabağ”  stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Səbail” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.