AFFA İntizam Komitəsinin qərarları açıqlandıbackend

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfan.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın XXVIII turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

XXVIII turun “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Oyunun 75-ci dəqiqəsində “Keşlə” klubunun 10 nömrəli futbolçusu Sezar Meza Kolli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir;

XXVIII turun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun 55 nömrəli futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir;

XXVIII turun “Neftçi” – “Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnir;

“Neftçi” – “Qarabağ” oyununda mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələnir;

“Neftçi” – “Qarabağ” oyununda dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olduğu üçün meydan sahibi klub 800 manat cərimələnir;

“Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir;

“Qarabağ” klubunun mühafizəçiləri Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimələnir;

I Divizionun XXVII turunun “Kəpəz” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

XXVII turun “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandasının 15 nömrəli futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir;

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandası oyun protokolunu gecikdirdiyi üçün 80 manat cərimələnir;

“Qaradağ Lökbatan” klubu oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün “Qaradağ Lökbatan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimələnir;

XXVII turun “Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.