AFFA millimizin məşqçi heyətini açıqladı- ADLARbackend

AFFA Azərbaycan milli komandasının məşqçi heyətini açıqlayıb.
Sportfan.az
xəbər verir ki, məşqçi heyətində ümumən 7 nəfər yer alıb. Bunlardan 5 nəfəri italiyalı, 2 nəfəri isə yerli mütəxəssisdir.

AFFA-nın saytının açıqlamasında bildirilir ki, baş məşqçi Canni De Byazinin olduğu millimizdə köməkçi məşqçilər Arif Əsədov, Benito Karbone və Klaudio Beluççi olacaq. Dmitri Kramarenko qapıçılar, Alessandro Skaya isə fiziki hazırlıq üzrə məşqçi fuksiyasını yerinə yetirəcək. Federiko Turitsiani yığmada videoanalitik vəzifəsini icra edəcək.

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.