AFFA-ya qrant ayırdı- Avropa Birliyibackend

AFFA-nın iştirakçısı olduğu daha bir layihə üçün Avropa Birliyi tərəfindən qrant ayrılıb.

Sportfan.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Birliyinin Horizon 2020 proqramı çərçivəsində qrant ayrılmış layihə bu ilin sentyabr ayından həyata keçirilməyə başlayacaq.

Layihə çərçivəsində stadionlar, məşq mərkəzləri və digər futbol infrastruktur obyektlərində enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəsi baxımından renovasiyasının icma əsaslı maliyyələşdirmə sxemi hazırlanacaq. AFFA-ya ayrılan qrantın məbləği 30,056.25 avrodur.

GREENFOOT layihəsi futbol infrastrukturunda ictimai maliyyələşdirmə əsasında enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəni ehtiva edir.

Avropa Komisiyası və UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa birliyinə üzv olan və olmayan ölkələrin Milli Assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.