Afrika Millətlər Kubokunun vaxtı açıqlandıbackend

2023-cü ildə Kot d İvuarda keçiriləcək Afrika Millətlər Kubokunun vaxtı açıqlanıb.

Sportfan.az-ın məlumatına görə, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) baş katibi Abdel Ba BBC-yə açıqlamasında bildirib.

Funksioner yarışın iyun – iyul aylarında baş tutacağını söyləyib.

Qeyd edək ki, 2021-ci ilin yanvar – fevralında Kamerunda təşkili planlaşdırılan Afrika Millətlər Kuboku koronavirusa görə 2022-ci ilə təxirə salınıb.