Aleksandr Lyakazett “Yuventus”da çıxış edə bilərbackend

“Yuventus” “Arsenal”ın futbolçusu Aleksandr Lyakazetti transfer etmək istəyir.

Sportfan.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu 29 yaşlı hücumçunun agentləri ilə danışıqlara başlayıb.

Lyakazett 2017-ci ildə “Lion”dan “Arsenal”a 53 milyon avroya transfer olunub.

Fransalı oyunçu bu mövsüm London təmsilçində 33 matçda 12 qol vurub, 6 qolun ötürməsini verib.