Aleksis Sançesin keçidini  rəsmiləşdirdi- “İnter”backend

İtaliyanın “İnter” klubu Aleksis Sançeslə müqaviləni rəsmiləşdirib.

Sportfan.az xəbər verir ki, bunu Milan təmsilçisinin mətbuat xidməti açıqlayıb.

31 yaşlı çilili hücumçu Milan təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. O, 2023-cü ilin yayına qədər “İnter”in şərəfini qoruyacaq. “Mançester Yunayted”lə müqaviləsini pozan Aleksis yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirən Sançes 29 oyunda 4 qol vurub.