Alisson tarixə keçdibackend

İngiltərə Premyer Liqasının 36-cı turunda bu gün West Bromwich-lə oyunda komandasının qələbə qolunu vuran Liverpool-un qapıçısı Alisson Bekker rekorda imza atıb.

sportfan.az xəbər verir ki, braziliyalı qolkiper Premyer Liqa tarixində başla qol vuran ilk qapıçıdır. Bundan başqa o, Liverpool-da da ilkə imza atıb. 28 yaşlı qolkiper mersisaydlıların heyətində rəsmi oyunda qol vuran ilk qapıçı kimi klubun tarixinə düşüb.

Qeyd edək ki, Bekker hesab 1:1 olarkən – matçın 90+5-ci dəqiqəsində rəqibin cərimə meydançasına gedib və küncdən ötürülən topu başı ilə qapıdan keçirərək komandasına vacib qələbə qazandırıb.