Almaniya final mərhələsini gözləyirbackend

Sabah Avropa Liqasının 2019/20 mövsümünün Almaniyada keçiriləcək final mərhələsi start götürəcək.

Sportfan.az xəbər verir ki, bir oyundan ibarət olacaq 1/4 final mərhələsinin qarşılaşmaları iki günü əhatə edəcək.

İlk yarımfinalçılar avqustun 10-da bəlli olacaq. Düsseldorfda turnirdəki yeganə Almaniya klubu “Bayer” İtaliya “İnter”i ilə üz-üzə gələcək.

Eyni vaxtda başlayacaq digər matç Kölndə baş tutacaq. “Mançester Yunayted” Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək.

Ertəsi gün görüşlər Helzenkirhen və Duysburqda təşkil olunacaq. Ukranya “Şaxtyor”u İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşacaq.

İngiltərənin “Vulverhempton” klubu turnirin qələbə sayında rekordçularından olan “Sevilya” ilə qarşılaşacaq. İspaniya təmsilçisi qələbə ilə həm yarımfinala yüksələ, həm də Avropa Liqasında ən çox qalib gələn komanda adının vahid sahibi ola bilər.

Avropa Liqası
1/4 final
10 avqust
23:00. “İnter” (İtaliya) – “Bayer” (Almaniya)
Baş hakim: 
Karlos del Serro Qrande (İspaniya)
Düsseldorf. “Merkur Şpil Arena”

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: 
Klemen Turpin (Fransa)
Köln. “Reyn Enerji” stadionu

11 avqust
23:00. “Şaxtyor” (Ukrayna) – “Bazel” (İsveçrə)
Baş hakim: 
Maykl Oliver (İngiltərə)
Helzenkirhen. “Veltins Arena”

23:00. “Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya)
Baş hakim: 
Daniele Orsato (İtaliya)
Duysburq. “MSV Arena”