Almaniya millisinin üzvü 32 yaşında karyerasını bitirdibackend

Almaniya millisinin futbolçusu Sandro Vaqner karyerasını bitirib.

Sportfan.az “Bild”ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu məşqçi olmağı planlaşdırdığını açıqlayıb.

Sandronun son klubu Çin təmsilçisi “Tyantsin Teda” olub. O, “Verder”, “Hoffenhaym”, “Bayern” (Münhen), “Herta” kimi klublarda da çıxış edib.

Vaqner Almaniya millisində keçirdiyi 8 oyunda 5 qol vurub. Hücumçu qollardan birini DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin qapısından keçirib.