“Fənərbaxça” futbolçusu Alper Potukla yolları ayırıb.
Sportfan.az klubun saytına istinadən xəbər verir ki, onun 2022-ci ilin iyununda başa çatmalı olan müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2013-cü ildə “Eskişehirspor”dan “Fənərbaxça”ya transfer olunmuşdu.
Xatırladaq ki, “Qarabağ” qışda A.Potuku transfer etmək istəmiş, ancaq maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün bu keçid reallaşmamışdı.