Alvaro Neqredo yenidən İspaniyadabackend

İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo ölkəsinə qayıdıb.

Sportfan.az xəbər verir ki, 35 yaşlı forvard La Liqaya vəsiqə qazanan “Kadis”lə anlaşıb.

Son il yarımı Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nasr” klubunda keçirən Neqredo “Kadis”lə artıq rəsmi müqaviləyə qol çəkib. O, ötən mövsüm 26 oyunda 11 qol, 4 assistlə yadda qalıb.