Andre Şürrle ilə yollarını ayırıb- “Borussiya”backend

Dortmund “Borussiya”sı yarımmüdafiəçi Andre Şürrle ilə yollarını ayırıb.

Sportfan.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı hücumameyilli oyunçu ilə gələn ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. “Borussiya” Şürrleni 2 milyon avroya satmaq istəsə də, təklif gəlməyincə, ona azad agent statusu verib.

Qeyd edək ki, “Borussiya”ya 2016-cı ildə “Volfsburq”dan transfer olunan Andre Şürrle 2019/20 mövsümünü icarə əsasında Moskva “Spartak”ında keçirib.