Anrinin yeni iş yeri müəyyənləşdibackend

Tyerri Anri yenidən Belçika millisində çalışacaq.

Sportfan.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. O, baş məşqçi Roberto Martinezin köməkçisi olacaq.

Əfsanəvi fransız futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. 2018-ci ilin oktyabrında Monaco-ya baş məşqçi təyin edilən 43 yaşlı mütəxəssis 2019-cu ilin yayında istefa verib.

2019-cu ilin noyabrında Kanadanın Monreal İmpact klubunun baş məşqçisi olan Anri bu ilin fevralında ailə vəziyyətinə görə istefa verib.