“Apollon” AFFA-dan sənəd gözləyir- Daboya görəbackend

Kipr klubu “Apollon” yeni transferlərini qeydiyyatdan keçirməyə başlayıb.

Sportfan.az Kipr mətbuatına istinadən xəbər verir ki, “Neftçi”dən heyətə cəlb edilən Baqali Dabo hələ sifariş edilməyib.

Buna səbəb onun icazə vərəqəsinin Limassol təmsilçisinə hələ verilməməsidir. Kipr klubu fransalı forvardın beynəlxalq qeydiyyat sənədinin AFFA tərəfindən göndərilməsini gözləyir.

Qeyd edək ki, Baqali Dabo ölkəmizdə 2 il “Qəbələ”nin (2016-18), 2 il “Neftçi”nin (2018-2020) formasını geyinib.