Araz Abdullayev Türkiyə klubu ilə razılığa gəldibackend

Millimizin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportfan.az “Ajansspor”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ölkənin birinci liqa təmsilçisi “Boluspor”la razılığa gəlib. Razılığa əsasən, onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, A.Abdullayevin son klubu “Qarabağ” olub. O, ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb.