Araz Abdullayev üçün yubiley-  40-cı oyuna çıxacaqbackend

Azərbaycan millisi sabah Kiprlə keçiriləcək oyuna 25 futbolçu ilə yollanıb.

Sportfan.az saytının məlumatına görə, Millətlər Liqasının II turunun səfər matçına aparılan oyunçulardan 18-i əvvəllər də komandanın formasını geyinib.

Onlar arasında rekordçu Maksim Medvedevdir. Kapitanın aktivində 61 qarşılaşma var.

Kiprdəki matç Araz Abdullayev üçün yubiley xarakteri daşıya bilər. Klubsuz yarımmüdafiəçi sabah meydana çıxsa, milli formasında 40-cı oyununu keçirəcək.

Qeyd edək ki, komandanın 7 üzvü üçün səfər görüşü debütlə əlamətdar ola bilər. Yığmada rəsmi matça çıxmayan bu futbolçular Canni de Byazidən şans gözləyir.