Arda Bundesliqa klubunun hədəfindəbackend

Türkiyə milli komandasının sabiq üzvü Arda Turana daha bir klubun maraq dairəsindədir.

Sportfan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın “Hannover” klubu 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

2-ci Bundesliqa təmsilçisinin yaxın günlərdə Ardayla danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, hazırda azad agent statusu daşıyan Arda Turanın adı “Qalatasaray”la da hallanır.