Arda Turan üçün rəhbərliyə müraciət etdi- Fatih Terimbackend

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Arda Turanın keçidi üçün yenidən klub rəhbərliyinə müraciət ünvanlayıb.

Sportfan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis klub prezidenti Mustafa Cengiz, birinci vitse-prezident Abdurrahim Albayrak və digər rəsmi şəxslərlə cari mövsümdəki çıxışla bağlı fikir mübadiləsi aparıb.

Terim 33 yaşlı yarımmüdafiəçinin İstanbul təmsilçisinə qaytarılmasını və rəhbərliyin bu mövzuya diqqət yetirməli olduğunu bildirib.

Klub rəsmiləri məsələnin yenidən müzakirə ediləcəyini söyləyib.

Qeyd edək ki, Arda Turanın “Barselona” ilə sözləşməsi iyunun sonunda bitib. O, 2019/2020 mövsümündə icarə əsasında “Başakşehir”də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. Futbolçu 2000 – 2011-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub.