“Arsenal” “Çelsi”nin futbolçusunu transfer edirbackend

“Çelsi”nin futbolçusu Jorjinyo Londonun digər təmsilçisi “Arsenal”a keçə bilər.

Sportfan.az saytının məlumatına görə, “topçular” dayaq yarımmüdafiəçisi mövqeyini 29 yaşlı oyunçu ilə gücləndirmək niyyətindədir.

İtaliya millisinin Braziliya əsilli futbolçusu üçün klublar arasında danışıqlara start verilib. “Zadəganlar”ın baş məşqçisi Frenk Lempard “Yuventus”un da maraq dairəsində olan Jorjinyonun gedişinə qarşı deyil.

Qeyd edək ki, Jorjinyo “Çelsi”yə 2018-ci ildə “Napoli”dən keçib.