Arsenal-da rəsmi ayrılıqbackend

Real Madrid-in icarə əsasında Arsenal-da çıxış edən futbolçusu Daniel Sebalyos London klubundan ayrılıb.

Sportfan.az  xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bu barədə öz instaqram hesabında məlumat yayıb. O, “topçular”dan ayrıldığını bildirib. Futbolçu azarkeşlərə və kluba təşəkkür edib.

Qeyd edək ki, Sebalyos 2019-cu ildən Arsenal-da oynayır. O, bu mövsüm Premyer Liqada 25 matçda 3 qolun ötürməsini verib.