Arsenal-ın əfsanəvi futbolçusunun adı “Şöhrət zalı”na daxil edildibackend

Adı İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilən daha bir futbolçu məlum olub.

sportfan.az turnirin saytına istinadən xəbər verir ki, bu, Arsenal-ın keçmiş hücumçusu Dennis Berqkampdır.

Niderlandlı sabiq futbolçu Premyer Liqada Arsenal-la üç dəfə çempion olub. Berqkamp Arsenal-da ümumilikdə 423 oyunda 120 qol vurub.

Berqkamp Frenk Lempard, Roy Kin, Erik Kantona, Tyerri Anri və Alan Şirerdən sonra adı “Şöhrət zalı”na daxil edilən altıncı futbolçudur.