“Arsenal” islandiyalı qapıçını transfer edirbackend

İngiltərə “Arsenal”ı Fransanın “Dijon” klubunda çıxış edən qapıçı Runar Aleks Runarssonu transfer etməyə yaxındır.

Sportfan.az-ın “Daily Mail” nəşrinə istinadən məlumatına görə, 25 yaşlı qolkiper London təmsilçisinə 2 milyon avroya başa gələcək.

Klub Emiliano Martinesin “Aston Villa”ya keçidindən sonra ehtiyat qapıçı mövqeyini gücləndirmək niyyəti ilə belə bir qərar verib.

Qeyd edək ki, Runar Aleks Runarsson 2019/2020 mövsümündə “Dijon”un heyətində 14 oyuna 26 top buraxıb. İslandiya yığmasında isə o, 3 oyun keçirib. Milli komandanın əsas qapıçısı Hannes Halldorsson isə 2018/2019 mövsümündə “Qarabağ”da çıxış edib.