“Arsenal” üçüncü formasını təqdim etdibackend

İngiltərənin “Arsenal” klubu 2020/2021 mövsümü üçün üçüncü dəst formasını təqdim edib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tünd göy rəngdə olan formanın ön hissəsində qızılı yazılar var. Təqdimata türkəslli alman yarımmüdafiəçi Mesut Özil də qatılıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm 12 sentyabrda başlayır. “Topçular”ın matçı həmin gün Bakı vaxtı ilə saat 15:30-da “Fulhem”ə qarşı olacaq. Bir müddətdir Mesut Özilin “Arsenal”dan ayrılacağı bildirilir.